6°C Bakı
1$ = 1.70₼
İKT

Tesla "Cybertruck"ın istehsalını gələn il tədricən dayandıracaq

Tesla "Cybertruck"ın istehsalını gələn il tədricən dayandıracaq
PostMedia-nı Google-da seçilmiş mənbələrinizə əlavə edin Xəbərlərimiz Google axtarışında sizə ilk görünsün! Əlavə et
Yazı Ölçüsü:

İlon Mask "Tesla"nın "Cybertruck" pikapının istehsalını gələn il tədricən dayandıracağını bildirib.

"PostMedia" "Associated Press"ə istinadən xəbər verir ki, Mask bu qərarı "X" sosial şəbəkəsindəki paylaşımında açıqlayıb. Texasdakı zavodda boşalacaq istehsal gücü "Cybercab" robotaksilərinin istehsalını artırmağa yönəldiləcək.

Mask eyni zamanda "Cybertruck"ın "Tesla"nın ən yaxşı məhsulu olduğu fikrində qalır.

Ultramöhkəm soyuqdan haddelənmiş paslanmayan poladdan hazırlanmış korpusu olan bu elektrik pikapı 2019-cu ildə təqdim edilib. Təqdimat zamanı dizayner avtomobilin şüşələrinin zirehli olduğunu göstərməyə çalışıb və onları sındırıb.

Buna baxmayaraq, Mask layihənin uğuruna əmin olduğunu bildirmişdi.

"Mən sadəcə futuristik tank yaratmaq istəyirdim. Elə bir maşın ki, sanki "Blade Runner" və ya "Aliens" filminin ekranından çıxıb. Amma eyni zamanda funksional olsun", — deyə o vaxt Mask bildirib.

Mask bir vaxtlar hər il 250 min "Cybertruck" istehsal edəcəyini proqnozlaşdırmışdı. Ekspertlərin məlumatına görə isə, 2025-ci ildə 20,2 min pikap satılıb ki, bu da bir il əvvəlkindən təxminən iki dəfə azdır. Bu ilin sentyabr ayının sonuna olan məlumata görə, satış daha 28 % azalıb.

Ehtimal ki, istehsalın dayandırılması yalnız pikapın satış göstəriciləri ilə deyil, həm də "Tesla"nın özüidarəedən avtomobillərə fokuslanmaq planları ilə bağlıdır.

Müəllif
Kamal
Kateqoriyalar

Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30