6°C Bakı
1$ = 1.70₼
XARİCİ XƏBƏRLƏR

Ermənistan hökuməti TRIPP üçün parlamentin növbədənkənar iclasını təklif edib

Ermənistan hökuməti TRIPP üçün parlamentin növbədənkənar iclasını təklif edib
PostMedia-nı Google-da seçilmiş mənbələrinizə əlavə edin Xəbərlərimiz Google axtarışında sizə ilk görünsün! Əlavə et
Yazı Ölçüsü:

Ermənistan hökuməti Milli Məclisin noyabrın 12-də növbədənkənar iclasının çağırılmasını təklif edib.

"PostMedia" Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, iclasın gündəliyinə Səhmdar Cəmiyyətləri haqqında Qanuna və əlaqəli qanunvericilik aktlarına dəyişiklik edilməsi barədə qanun layihəsi daxil edilib.

Qanunvericilik paketi dövlətin 25 % və daha çox payının olduğu, ratifikasiya edilmiş beynəlxalq sazişlər əsasında yaradılan bütün şirkətlərə şamil olunan daimi hüquqi çərçivənin müəyyən edilməsini nəzərdə tutur.

Təklif olunan dəyişikliklərin məqsədi Beynəlxalq Sülh və İnkişaf üçün Tramp Marşrutu (TRIPP) layihəsinin icrasını asanlaşdırmaqdır.

Müəllif
Tural
Kateqoriyalar

Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30