6°C Bakı
1$ = 1.70₼
ENERGETİKA

"Türk axını" operatoru "Naftoqaz" və Hollandiya şirkətinə qarşı Rusiya məhkəməsinə iddia verib

"Türk axını" operatoru "Naftoqaz" və Hollandiya şirkətinə qarşı Rusiya məhkəməsinə iddia verib
PostMedia-nı Google-da seçilmiş mənbələrinizə əlavə edin Xəbərlərimiz Google axtarışında sizə ilk görünsün! Əlavə et
Yazı Ölçüsü:

Qara dənizin dibi ilə keçən "Türk axını" qaz kəmərinin operatoru "South Stream Transport B.V." Moskva vilayəti Arbitraj Məhkəməsinə Hollandiyanın "Gasunie Transport Services B.V." şirkəti və Ukraynanın "Naftoqaz" şirkətinə qarşı iddia ərizəsi ilə müraciət edib.

"PostMedia" Rusiya arbitraj kartotekasına istinadən xəbər verir ki, iddia ərizəsi noyabrın 5-də verilib və həmin gün icraata qəbul edilib.

Məhkəmə iclası dekabrın 1-nə təyin olunub. İddia "korporativ mübahisələr" kateqoriyasına aiddir, işdə üçüncü şəxs qismində "Qazprom" şirkəti iştirak edir.

"Türk axını" Rusiyadan Türkiyəyə Qara dənizin dibi ilə çəkilən qaz ixrac kəməridir. Layihə üzrə gücü ildə 31,5 milyard kubmetr qazdır. Kəmər Türkiyəyə, həmçinin Türkiyə ərazisi vasitəsilə tranzitlə Cənubi və Şərqi Avropa ölkələrinə qaz çatdırmaq üçün nəzərdə tutulub.

Magistral iki xətdən ibarətdir. Layihəyə görə, onların hər biri ildə 15,75 milyard kubmetrə qədər qaz nəql edə bilir.

Müəllif
Kamal
Kateqoriyalar

Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30