6°C Bakı
1$ = 1.70₼
Dünya

Aİ Məhkəməsi "Nord Stream 2"nin qaz direktivinə qarşı iddiasını rədd edib

Aİ Məhkəməsi "Nord Stream 2"nin qaz direktivinə qarşı iddiasını rədd edib
PostMedia-nı Google-da seçilmiş mənbələrinizə əlavə edin Xəbərlərimiz Google axtarışında sizə ilk görünsün! Əlavə et
Yazı Ölçüsü:

Aİ Məhkəməsi noyabrın 5-də "Nord Stream 2 AG" şirkətinin Aİ-nin qaz direktivinin müddəalarına qarşı iddiasını rədd edən aşağı instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

"PostMedia" xəbər verir ki, Aİ Məhkəməsi mətbuat açıqlamasında Aİ-nin Ümumi Yurisdiksiya Məhkəməsinin şirkətin iddiasını rədd edən qərarını dəstəklədiyini bildirib.

Şirkət Aİ-nin daxili qaz bazarı qaydalarının bir hissəsini üçüncü ölkələrdən gələn boru kəmərlərinə də şamil edən direktivə etiraz edirdi. İddia, xüsusilə, qaz tədarükçüsünün alıcıya çatdırma infrastrukturuna özünün nəzarət etməməsi prinsipinə qarşı yönəlmişdi.

Məhkəmə qərarını əsaslandırarkən qeyd edib ki, "Nord Stream 2 AG" Aİ-dən direktivin "Nord Stream 2" kəmərinə şamil olunmayacağına dair heç bir vədi almayıb.

"Əksinə, bir neçə il ərzində bu qaydaların "Nord Stream 2" də daxil olmaqla, üçüncü ölkələrdən gələn qaz kəmərlərinə şamil ediləcəyi barədə siqnallar verilib", — açıqlamada deyilir.

Məhkəmə həmçinin belə qənaətə gəlib ki, qaz tədarükçüsünün kəmərə nəzarət etməməsi tələbi əsaslıdır, çünki bu, hakim mövqedə olan qaz tədarükçülərinin həmin mövqedən sui-istifadə etməsinin qarşısını almağa yönəlib.

Mübahisəli direktiv 2019-cu il mayın 23-də qüvvəyə minib. Sənəd magistral kəmər operatorlarını nəqliyyat fəaliyyətini mülkiyyət səviyyəsində ayırmağa və ictimaiyyətə açıqlanmış tariflər əsasında ötürmə və paylama sistemlərinə üçüncü tərəflərin ayrı-seçkiliksiz çıxışını təmin etməyə məcbur edir.

Müəllif
Nigar
Kateqoriyalar

Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30