İran liderinin müşaviri Əli Əkbər Vilayəti Tehranın Ermənistan ərazisində "Tramp marşrutu"nun yaradılmasını hələ də qırmızı xətt hesab etdiyini bildirib.
"PostMedia" "Ettelaat" qəzetinə istinadən xəbər verir ki, Vilayəti bu fikirləri həmin qəzetdə dərc etdirdiyi məqalədə səsləndirib. O, Yerevanı bu barədə xəbərdar edib.
"Mən Ermənistanın səfirinə açıq dedim: əgər Tramp və onun müttəfiqləri İranın bu qırmızı xəttini keçməyə cəhd etsələr, onların ayaqlarını qıracağıq", — deyə Vilayəti yazıb.
Müşavir həmçinin mərhum ayətullah Əli Xameneyinin Rusiya və Türkiyə prezidentləri ilə görüşlərdə səsləndirdiyi analoji mövqeyi xatırladıb.
"Beynəlxalq sülh və çiçəklənmə üçün Tramp marşrutu" (TRIPP) 2025-ci ilin avqustunda Vaşinqtonda Nikol Paşinyan və İlham Əliyev tərəfindən ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə razılaşdırılıb. Layihə Azərbaycanın əsas əraziləri ilə Naxçıvan arasında İranla sərhəd boyunca avtomobil və dəmir yollarının, boru kəmərlərinin və rabitə xətlərinin çəkilməsini nəzərdə tutur.