6°C Bakı
1$ = 1.70₼
Rəsmi xəbərlər

Qırğızıstan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Qırğızıstan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
PostMedia-nı Google-da seçilmiş mənbələrinizə əlavə edin Xəbərlərimiz Google axtarışında sizə ilk görünsün! Əlavə et
Yazı Ölçüsü:

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycan Prezidenti İlham Əliyevə 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik məktubu ünvanlayıb.

"PostMedia" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin rəsmi saytında məlumat yerləşdirilib.

Məktubda deyilir:

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Sizi və Azərbaycan xalqını 8 noyabr - Zəfər Günü münasibətilə təbrik edirəm.

Bu hadisə uzun illər davam edən münaqişəyə son qoymağa, regionda sülhü, qarşılıqlı anlaşmanı və sabitliyi möhkəmləndirmək üçün etibarlı zəmin yaratmağa imkan vermişdir.

Sülhün qurulması istiqamətində aparılan işlərdə Cənubi Qafqazda baş verən mühüm prosesləri nəzərə alaraq, Qafqaz ölkələrinin müdrikliyi və dövlət başçılarının uzaqgörən siyasəti sayəsində bu regionun sülh və sabitlik məkanına çevriləcəyinə inanıram.

Zati-aliləri, Sizə möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə uğurlar, qardaş Azərbaycan xalqına isə davamlı sülh və tərəqqi arzulayıram.

Sadır Japarov

Müəllif
Redaksiya
Kateqoriyalar

Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30