6°C Bakı
1$ = 1.70₼
XARİCİ XƏBƏRLƏR

ABŞ, Ermənistan və Azərbaycan TRIPP üzrə texniki planlaşdırmaya başlayıb

ABŞ, Ermənistan və Azərbaycan TRIPP üzrə texniki planlaşdırmaya başlayıb
PostMedia-nı Google-da seçilmiş mənbələrinizə əlavə edin Xəbərlərimiz Google axtarışında sizə ilk görünsün! Əlavə et
Yazı Ölçüsü:

ABŞ, Ermənistan və Azərbaycan multimodal tranzit marşrutu olan Beynəlxalq Sülh və Çiçəklənmə üçün Tramp Marşrutunun (TRIPP) irəlilədilməsi məqsədilə üçtərəfli texniki planlaşdırma qruplarını işə salıb.

"PostMedia" xəbər verir ki, bu barədə üç ölkənin birgə bəyanatı ABŞ Dövlət Departamentinin saytında yayımlanıb.

Qrupların fəaliyyətinə ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Brendan Henrahan, Ermənistanın xarici işlər və beynəlxalq ticarət naziri müavini Vahan Kostanyan və Azərbaycanın xarici işlər naziri müavini Elnur Məmmədov start verib.

Forum üç ölkənin qərarvericilərini və texniki ekspertlərini bir araya gətirəcək. Məqsəd uzunmüddətli sabitliyə, iqtisadi canlanmaya, regional əlaqəliliyə və kommersiya çiçəklənməsinə birgə nail olmaqdır. Təşəbbüs həmçinin ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə 2025-ci il avqustun 8-də qəbul edilmiş Sülh Sammiti Bəyannaməsini vurğulayır.

Tərəflər ilk iki üçtərəfli planlaşdırma qrupunun yaradılmasını razılaşdırıb. Qruplar nəqliyyat və elektrik enerjisinin ötürülməsi istiqamətlərinə yönəlib. Bu qrupların mürəkkəb texniki məsələlərin həllinə kömək etməsi və layihənin digər regional infrastrukturla əlaqələndirilməsi də daxil olmaqla, növbəti icra mərhələlərinə keçməsini sürətləndirməsi gözlənilir.

Üç ölkə TRIPP-in bütün modallıqlarının tezliklə fəaliyyətə başlaması öhdəliyini bir daha təsdiqləyib.

Müəllif
Tural
Kateqoriyalar

Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30