Noyabrın 8-9-da Bakıda və Abşeron yarımadasında, eləcə də bəzi bölgələrdə küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.
"PostMedia" Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında, Mingəçevir, Naftalan, Neftçala, Hacıqabul, Qobustan, Qusar, Xızı, Goranboy, Daşkəsən və Ağstafada narıncı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək. Küləyin sürəti 20,8-28,4 m/san-dək güclənəcək.
Kəlbəcər, Laçın, Cəbrayıl, Zəngilan, Quba, Xaçmaz, Şabran, Siyəzən, Şamaxı, Salyan, Qəbələ, İsmayıllı, Biləsuvar, Cəlilabad, Lerik, Yardımlı, Qazax, Tovuz, Şəmkir, Gəncə, Samux, Göygöl, Gədəbəy, Şirvan, Yevlax, Tərtər, Ağdam və Bərdədə isə sarı xəbərdarlıq verilib.
Bu ərazilərdə də qərb küləyi əsəcək, küləyin sürəti 13,9-20,7 m/san təşkil edəcək.