6°C Bakı
1$ = 1.70₼
Rəsmi xəbərlər

Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub

Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub
PostMedia-nı Google-da seçilmiş mənbələrinizə əlavə edin Xəbərlərimiz Google axtarışında sizə ilk görünsün! Əlavə et
Yazı Ölçüsü:

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 7-də Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub.

"PostMedia" AZƏRTAC-a istinadən xəbər verir ki, "Aqroinkişaf 2017" MMC-nin direktoru Ruslan Sadıxov dövlət başçısına müəssisənin fəaliyyəti barədə məlumat verib.

Bildirilib ki, şirkət 2020-ci ilin dekabrından işğaldan azad olunmuş Ağdam ərazisində sahələr minalardan və hərbi sursatdan təmizləndikdən sonra torpaq hazırlığı və planlaşdırma işləri aparıb, dərhal əkinə başlayıb. Əvvəlcə burada taxıl əkilib, taxıl sahələrində məhsuldarlıq hər hektardan 40 sentner təşkil edib.

Hazırda 1150 hektar ərazidə zeytun bağı salınıb, 700 mindən çox ağac əkilib. Gələcəkdə zeytun və badam ağaclarının sayını 1,5 milyona çatdırmaq nəzərdə tutulur. Burada ildə 10 min ton zeytun istehsal etmək (və ya 2 min ton yağ almaq) planlaşdırılır, istehsalatda müasir kənd təsərrüfatı texnikasından istifadə olunur.

Layihə çərçivəsində müvəqqəti suvarma kanalları çəkilib, Eyvazxanbəyli-Xaçınçay avtomobil yolunun 3690 metrlik hissəsi təmir edilib, inzibati və texniki zonalar yaradılıb. Ərazidə yanacaqdoldurma məntəqəsi və meteostansiya da fəaliyyət göstərir. On hektar sahədə meşə massivi salınıb, daha 50 hektar meşə sahəsinin yaradılması planlaşdırılır.

Dövlət başçısına ölkədə qoz istehsalı sənayesi barədə də məlumat verilib. İdxalı əvəzləmək və ixracyönümlü qoz istehsalı yaratmaq məqsədilə "Aqroinkişaf 2017" MMC 2017-ci ildən Şəki və Oğuz rayonlarında 2 min hektardan çox sahədə müasir intensiv salxımlı qoz bağları salır. Bu iş artıq yekunlaşmaq üzrədir.

Prezident İlham Əliyev 2022-ci ildə Oğuz rayonunda qozyuma, qurutma, çeşidləmə və qablaşdırma zavodunun təməlini qoyub. Şirkət 2025-ci ildə bu müəssisə üçün illik istehsal gücü 10 min ton qoz olan qurğular alıb, onlar istismara verilib. Məhsulun əsas hissəsi daxili bazarda satılır, bir qismi isə Türkiyə, Gürcüstan, Rusiya və İtaliyaya ixrac olunub. Min hektara yaxın sahədə isə müasir intensiv badam bağları salınır.

Müəssisə müasir kənd təsərrüfatı texnikası, damcı suvarma sistemi, meteostansiyalar, fito-laboratoriya və digər zəruri avadanlıqla təchiz edilib. Prezident İlham Əliyevə "Acınohur Zeytun vadisi" layihəsi üzrə görülən işlər barədə də ətraflı məlumat verilib.

Sonda dövlət başçısı ərazidə zeytun ağacı əkib.

Müəllif
Redaksiya
Kateqoriyalar

Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30