6°C Bakı
1$ = 1.70₼
Cəmiyyət

Noyabrın 8-də Bakıda arabir yağış yağacaq və şimal-qərb küləyi güclənəcək

Noyabrın 8-də Bakıda arabir yağış yağacaq və şimal-qərb küləyi güclənəcək
PostMedia-nı Google-da seçilmiş mənbələrinizə əlavə edin Xəbərlərimiz Google axtarışında sizə ilk görünsün! Əlavə et
Yazı Ölçüsü:

Noyabrın 8-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.

"PostMedia" Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, yarımadanın bəzi yerlərində yağışın intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyi güclənəcək.

Havanın temperaturu gecə 7-12, gündüz 12-14 dərəcə isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək, nisbi rütubət isə 70-80 % təşkil edəcək.

Ölkənin rayonlarında bəzi yerlərdə arabir yağıntı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimal edilir. Bəzi yerlərdə arabir duman olacaq, arabir güclənən qərb küləyi əsəcək.

Rayonlarda havanın temperaturu gecə 7-11, gündüz 14-17 dərəcə isti olacaq. Dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-6 dərəcə isti gözlənilir.

Müəllif
Redaksiya
Kateqoriyalar

Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30