İşğaldan azad olunduğu gündən bu günədək Şuşa rayonunda əsas kapitala 2 milyard 934 milyon 975,7 min manat investisiya yönəldilib.
”PostMedia” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
2026-cı ilin yanvar–sentyabr aylarında isə bu göstərici 227 milyon 208,7 min manat təşkil edib.
2026-cı ilin yanvar–oktyabr aylarında Şuşa rayonunda sənaye məhsulunun (işlərin, xidmətlərin) həcmi faktiki qiymətlərlə 25 milyon 185,5 min manat olub.
Həmin dövrdə rayonda kənd təsərrüfatının ümumi məhsulunun dəyəri 7 milyon 918,3 min manat təşkil edib. Bunun 3 milyon 18,5 min manatı bitkiçilik, 4 milyon 899,8 min manatı isə heyvandarlıq məhsullarının payına düşüb.