Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyanın Moskvanı Qarabağ münaqişəsi zamanı fəaliyyətsizlikdə ittiham edən bəyanatlarına cavab verib.
"PostMedia" Rusiya Xarici İşlər Nazirliyia istinadən xəbər verir ki, Zaxarova Simonyana xatırladıb ki, məhz Rusiya 2020-ci ildə Qarabağda "qan tökülməsinin qarşısını alıb".
Zaxarovanın sözlərinə görə, Simonyanın 2020-ci ilin payızında münaqişənin qızğın fazası zamanı Rusiyanın fəaliyyətsiz qaldığı barədə iddiaları real vəziyyəti təhrif edir.
Bu, Rusiya tərəfinin rəsmi mövqeyidir.