Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada mətbuata bəyanatlarla çıxış ediblər.
"PostMedia" AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Prezidenti çıxışında Türkiyə-Azərbaycan birliyinin sabitlik, əməkdaşlıq və təhlükəsizlik faktoru olduğunu bildirib.
Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib. Şuşada Türkiyə Prezidentinin rəsmi qarşılanma mərasimi olub, daha sonra İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan arasında təkbətək görüş keçirilib.
Mətbuata bəyanatında İlham Əliyev Zəfər Günündə Türkiyə Prezidentinin Azərbaycanda olmasının ölkə xalqını sevindirdiyini vurğulayıb və buna görə Ərdoğana minnətdarlığını bildirib.
Dövlətimizin başçısı 44 günlük Vətən müharibəsinin Türkiyə-Azərbaycan birliyini bir daha göstərdiyini deyib. "Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur", — deyə İlham Əliyev bildirib.
Xəbər yenilənir.