İran Prezidenti Məsud Pezeşkian oktyabrın 16-da Ermənistana səfər edib.
Ermənistanın Baş nazirinin müavini Mher Qriqoryan İran Prezidenti Məsud Pezeşkianı “Zvartnots” beynəlxalq hava limanında qarşılayıb.
"PostMedia" xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
İran Prezidenti BMT-nin Bioloji Müxtəliflik haqqında Konvensiyasının Tərəflər Konfransının 17-ci sessiyasında (CBD COP17) iştirak edəcək.
Sammit çərçivəsində Pezeşkianın tədbirdə iştirak edəcək bir sıra ölkələrin liderləri ilə danışıqlar aparması və fikir mübadiləsi etməsi də nəzərdə tutulub.
Qeyd edək ki, İran konvensiyanı ilk imzalayan ölkələrdən biridir və 1996-cı ildə ona rəsmi şəkildə qoşulub. Son üç onillik ərzində İran İslam Respublikası biomüxtəlifliyin və ətraf mühitin qorunması ilə bağlı mexanizm və qaydaların hazırlanmasında mühüm rol oynayıb.