6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Polşa Prezidenti Rusiyaya qarşı sanksiyaların yumşaldılmasının əleyhinə çıxış edib

16-oktyabr-2026, 01:33
Polşa Prezidenti Rusiyaya qarşı sanksiyaların yumşaldılmasının əleyhinə çıxış edib
Yazı Ölçüsü:

Polşa Prezidenti Karol Navrotski Rusiyaya qarşı sanksiyaların yumşaldılması ilə bağlı istənilən qərara tənqidi yanaşdığını bildirib.

"PostMedia" xəbər verir ki, onun sözlərinə görə, Rusiya hakimiyyətinin siyasətinə yalnız iqtisadi və ya hərbi güc təsir göstərə bilər. Bununla belə, həmin güc aqressiv deyil, çəkindirici xarakter daşımalıdır.

“Avropa liderləri ilə çoxsaylı söhbətlərimdə, Avropa və beynəlxalq forumlarda, eləcə də Prezident Donald Trampla danışıqlarımda dəfələrlə bəyan etmişəm və bundan sonra da bildirəcəyəm ki, yalnız çəkindirici, aqressiv olmayan iqtisadi və ya hərbi güc Vladimir Putinin rejiminə və Rusiya Federasiyasına təsir göstərə bilər.

Buna görə də sanksiyaları yumşaltmaq və ya Rusiyaya münasibətdə siyasəti dəyişmək qərarını kimin qəbul etməsindən asılı olmayaraq, belə addımlara tənqidi yanaşacağam”, – Navrotski “X” sosial şəbəkəsində yazıb.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031