ABŞ Prezidenti Donald Tramp G7 ölkələri liderlərinin virtual sammitində veb-kamerasını açmayan yeganə iştirakçı olub.
"PostMedia" xəbər verir ki, bu, görüşdən yayılan kadrlardan məlum olub.
Beynəlxalq Enerji Agentliyinin rəhbəri Fatih Birolun paylaşdığı görüş görüntülərində digər iştirakçılarla yanaşı, Fransa Prezidenti Emmanuel Makron, Almaniya kansleri Fridrix Merts, İtaliya və Kanada Baş nazirləri Ciorcia Meloni və Mark Karni, eləcə də Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen də görünür.
Eyni zamanda, veb-kamerasını açmayan yeganə iştirakçı Tramp olub.
Görüş dünya enerji bazarındakı vəziyyətə və dizel yanacağının tədarükünə həsr olunub. Tramp daha sonra bildirib ki, Avropa ölkələri ehtiyatlarından əhəmiyyətli həcmdə dizel yanacağının bazara çıxarılmasına razılaşıblar.