İsrail və bir sıra ərəb ölkələri "FlyDubai" aviaşirkətinin təyyarəsi ilə bağlı insidenti əvvəlcədən planlaşdırıblar. Məqsəd isə bu hadisədən ABŞ-ni Tehranla münaqişənin növbəti mərhələsinə cəlb etmək və qarşıdakı seçkilərdə İsrail lideri Benyamin Netanyahunun qələbəsini təmin etmək olub.
"PostMedia" xəbər verir ki, bunu İranın "Press TV" telekanalı regiondakı məlumatlı mənbəyə istinadən iddia edir.
"Emirates" təyyarəsinin qaçırılması ilə bağlı “absurd ssenari” Netanyahunun bir neçə yüksək rütbəli hərbi və kəşfiyyat rəsmisinin müşayiəti ilə BƏƏ-yə səfərindən üç gün sonra, çərşənbə günü həyata keçirilib. “Məlumatlı mənbənin sözlərinə görə, bu plan məhz həmin səfər zamanı müzakirə edilib və təkmilləşdirilib”, — telekanalın materialında deyilir.
"Press TV"nin həmsöhbətinin sözlərinə görə, səfər zamanı BƏƏ-yə İsrailin regional layihələrində müəyyən rol ayrılıb. Bundan əlavə, İsrail bir sıra digər ərəb ölkələrinin rəsmiləri ilə də çoxtərəfli danışıqlar apararaq başqa ölkənin bayrağı altında əməliyyat hazırlamaq və buna görə İranı günahlandırmaq məqsədi güdüb.
“İnformasiyalı mənbənin sözlərinə görə, bu əməliyyatın məqsədi (ABŞ Prezidenti Donald) Trampı yeni (münaqişə) bataqlığına cəlb etmək və İranla müharibənin yeni mərhələsinə təkan verməkdir”, — telekanal iddia edir.
"Press TV"nin həmsöhbətinin bildirdiyinə görə, Netanyahu koalisiyasının parlament seçkilərində çoxluğu əldə edə bilməyəcəyindən narahatdır və Trampı Tehranla münaqişəyə cəlb etməklə qələbə qazanmağı planlaşdırır. Mənbənin iddiasına görə, İsrail lideri siyasi mövqelərini yaxşılaşdırmaq üçün ABŞ-dən istifadə etmək istəyir.
Mənbə vurğulayıb ki, Tehranda ABŞ və İsrailin fəaliyyətini diqqətlə izləyir və təyyarənin qaçırılması ilə bağlı “əvvəlcədən planlaşdırılmış oyunu” bəhanə kimi istifadə edərək onların ata biləcəyi növbəti mümkün “düşünülməmiş” addıma hazırlaşıblar. Onun sözlərinə görə, İran istənilən düşmənçilik xarakterli fəaliyyətə cavab olaraq ABŞ və İsrailə dağıdıcı zərbə endirməyə hazırdır.