6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maraqlı

Putin Tramp ilə onu “kifayət qədər yaxşı, çoxillik münasibətlərin” bağladığını bildirib

01-oktyabr-2026, 22:46
Putin Tramp ilə onu “kifayət qədər yaxşı, çoxillik münasibətlərin” bağladığını bildirib
Yazı Ölçüsü:

Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampla onu “kifayət qədər yaxşı, çoxillik münasibətlərin” bağladığını bildirib və Ukraynadakı münaqişənin nizamlanması istiqamətində göstərdiyi səylərə görə ABŞ liderinə təşəkkür edib.

"PostMedia" xəbər verir ki, bu barədə “Kommersant” məlumat yayıb.

“Mən ona Ukrayna böhranının nizamlanması üçün göstərdiyi səylərə görə təşəkkür edirəm və dəfələrlə dediyim kimi, buna əminəm ki, o, bunu səmimi şəkildə edir”, – Putin “Valday” Diskussiya Klubunun plenar iclasında bildirib.

Rusiya Prezidenti eyni zamanda Çində Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində Tramp və Çin Xalq Respublikasının Sədri Si Cinpinlə üçtərəfli görüş keçirilməsi ideyasını dəstəkləyib. Onun fikrincə, belə bir görüşün təşkili üçün ilk növbədə gündəlik müəyyənləşdirilməlidir.

Putin bildirib ki, Moskva Vaşinqton və Pekinlə müxtəlif əməkdaşlıq formatlarını nəzərdən keçirməyə hazırdır. Onun sözlərinə görə, bu formatlar məzmunlu olmalı və qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsinə imkan verməlidir.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031