ABŞ Prezidenti Donald Tramp sentyabrın 28-də "Ağ Ev"də süni intellektlə (Sİ) bağlı açıqlama verəcək.
"PostMedia" xəbər verir ki, bu barədə ölkə başçısı İllinoys ştatının Çikaqo şəhərindən qayıtdıqdan sonra Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasında jurnalistlərlə söhbəti zamanı bildirib.
"Ağ Ev" Amerika liderinin iş qrafikini yayıb. Qrafikə əsasən, Tramp Bakı vaxtı ilə saat 22:00-da çıxış edəcək.
Jurnalistlərin açıqlamanın nəyə həsr olunacağı ilə bağlı sualına Tramp belə cavab verib:
“Bildiyiniz kimi, çərşənbə axşamı “Anthropic” ilə görüşümüz var. Bu, vacib olacaq. Bu axşam isə “Anthropic” şirkətinin rəhbəri (Dario Amodei) ilə şam yeməyində olacağam. Bu gün saat 22:00-da “Anthropic” şirkətinin rəhbəri Dario ilə şam yeməyim var. Bildiyiniz kimi, o, böyük hörmətə sahibdir. “Anthropic”ə o rəhbərlik edir”.
Amodei daha əvvəl nəzarətin itirilməsi halında süni intellekt texnologiyalarının bütün bəşəriyyət üçün təhlükəyə çevrilə biləcəyi barədə xəbərdarlıq edib. O, “Anthropic” şirkətinin buraxılan istənilən texnologiyanın təhlükəsizliyini təmin etmək üçün “Sİ-nin inkişaf tempini zəruri olduğu qədər yavaşlatmağa” hazır olduğunu bildirib.
Tramp isə öz növbəsində süni intellektin maneəsiz inkişafının tərəfdarı olduğunu açıqlayıb.