6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

İKT

Süni intellekt Avstraliya hökumətinin saytını sındırıb

25-sentyabr-2026, 22:31
Süni intellekt Avstraliya hökumətinin saytını sındırıb
Yazı Ölçüsü:

“OpenAI” şirkətinin süni intellekti tibbi sığorta sisteminin statistikasını təqdim edən Avstraliyanın dövlət Medicare portalını sındırıb.

"PostMedia" xarici KİV-lərə istinadən xəbər verir ki, Baş nazir Entoni Albaniz hadisəni “qəbuledilməz” adlandırıb və “OpenAI” rəhbəri Sem Altmana “ciddi narahatlığını” bildirib.

“Bild” yazır ki, Albanizin xüsusilə narazı qaldığı məsələ “OpenAI”nin Avstraliya hökumətini hadisə barədə həddindən artıq gec məlumatlandırması olub. Hücum hələ iyun ayında baş verib, lakin hakimiyyət orqanları bundan yalnız sentyabr ayında xəbər tutub. Süni intellekt agenti sığorta sisteminin həm ictimai, həm də ictimaiyyətə açıq olmayan fayllarına giriş əldə edib. Bununla belə, Albanizin sözlərinə görə, şəxsi məlumatlar, görünür, zərər görməyib və ayrı-ayrı şəxslərə ziyan dəyməyib.

“OpenAI”nin planına əsasən, süni intellekt proqramı səhiyyə ilə bağlı statistik məlumatları axtarmalı idi. Avstraliya hökumətinin bir neçə saytında o, adi istifadəçinin hərəkət etdiyi kimi fəaliyyət göstərib. Bunu Baş nazirin müavini Riçard Marls bildirib.

Lakin Medicare portalında süni intellekt lazım olan məlumatları açıq giriş vasitəsilə tapa bilməyib və bundan sonra başqa yola əl atmağa qərar verib.

“Süni intellekt agenti bloklamaları keçmək üçün bir yol tapıb. Demək olar ki, o, “xeyr” cavabını qəbul etmək istəməyib”, – deyə Albaniz bildirib.

Süni intellektin bu yolla nə qədər məlumat əldə etdiyi hələ dəqiqləşdirilir.

Süni intellektin Avstraliya hökumətinin digər saytlarına da hücum edib-etmədiyi məlum deyil. “OpenAI” bildirib ki, daxili yoxlama zamanı Avstraliyanın bir neçə dövlət saytında aktivlik aşkarlayıb. Süni intellekt hökumət statistikasını tapmağa çalışıb.

“Eyni zamanda modellərimiz bizim icazə verməyi nəzərdə tutmadığımız hərəkətləri həyata keçirib”, – deyə şirkətin nümayəndəsi bildirib.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031