6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

İKT

“Bakcell”də hədiyyə mövsümü başladı

“Bakcell”də hədiyyə mövsümü başladı
PostMedia-nı Google-da seçilmiş mənbələrinizə əlavə edin Xəbərlərimiz Google axtarışında sizə ilk görünsün! Əlavə et
Yazı Ölçüsü:

“Bakcell” abunəçilərinə minlərlə hədiyyə qazandıran hədiyyə mövsümünə start verib. “Bakcell” tətbiqində aktiv olan VIP Çarxı çevirən hər kəsi hədiyyələr gözləyir. Çarxın super prizi isə “Sea Breeze”də mənzildir.

Hədiyyə mövsümündə abunəçilər müxtəlif kateqoriyalar üzrə dəyərli hədiyyələr qazana bilərlər. “Sea Breeze”də mənzillə yanaşı, İstanbul istiqamətində gediş-dönüş aviabiletləri, “iPhone” modelləri, smart saatlar, qulaqlıqlar, planşetlər və televizorlar, həmçinin 20 GB-dək internet paketləri də hədiyyələr sırasındadır.

Hər iki standart çarx çevirməsindən sonra abunəçi üçün bir VIP Çarx aktivləşir. “Sea Breeze”də mənzil və sadalanan digər dəyərli hədiyyələr yalnız VIP Çarx vasitəsilə qazanılır.

VIP Çarxdan istifadə etmək üçün abunəçilər “Bakcell” tətbiqinə daxil olaraq müvafiq bölməyə keçə və çarxı çevirə bilərlər.

“Bakcell” Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan Bakcell süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.

“Bakcell” müxtəlif ölkələrdə və sahələrdə fəaliyyət göstərən “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibində olan “Azerconnect Group”a daxildir.

Kateqoriyalar

Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30