6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

İKT

Azərbaycanda mobil internetin sürəti 100 Mb/s-yə çatıb

25-avqust-2026, 17:52
Azərbaycanda mobil internetin sürəti 100 Mb/s-yə çatıb
Yazı Ölçüsü:

Genişzolaqlı və mobil şəbəkə keyfiyyətinin qiymətləndirilməsi üzrə qlobal şirkət olan “Ookla” iyul ayı üzrə “Speedtest Global Index” hesabatını təqdim edib.

"PostMedia" İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinə (İKTA) istinadən xəbər verir ki, yeni hesabata görə, Azərbaycanda sabit genişzolaqlı internetin median sürəti 92,52 Mb/s, mobil internetin median sürəti isə 99,53 Mb/s olub.

İllik müqayisədə sabit genişzolaqlı internetin sürəti 9,43 Mb/s (11,35 %), mobil internetin sürəti isə 24,96 Mb/s (33,47 %) artıb.

İnkişaf etmiş şəhərlərin müqayisəsinə gəlincə isə iyulda Bakı şəhərində sabit genişzolaqlı internetin median sürəti 92,65 Mb/s, mobil internetin median sürəti isə 121,54 Mb/s olub.

İllik müqayisədə sabit genişzolaqlı internetin sürəti 9,28 Mb/s (11,13 %), mobil internetin sürəti isə 29,36 Mb/s (31,85 %) artıb.

Bu artım ölkədə rəqəmsal transformasiyanın, elektron xidmətlərə tələbatın, distant iş və təhsil imkanlarının genişlənməsinin göstəricisidir və Azərbaycanın qlobal internet reytinqlərində mövqeyinin yüksəldiyini təsdiqləyir.

Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31