Londonun “InterContinental Exchange” (ICE) birjasında keçirilən hərrac zamanı “Brent” markalı neftin dekabr fyuçersləri üzrə 1 bareli 98,03 ABŞ dollarına təklif edilib.
“PostMedia” xəbər verir ki, bu, əvvəlki günün qiyməti ilə müqayisədə 0,94 dollar və ya təxminən 0,97 % bahalaşma deməkdir.
Eyni zamanda, Nyu Yorkun “Nymex” birjasında satılan WTI (Qərbi Texas) markalı xam neftin bir barelinin qiyməti 90,42 ABŞ dolları olub. Bu da əvvəlki günlə müqayisədə 1,04 dollar və ya təxminən 1,16 % artım deməkdir.