6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

ƏMƏLİYYAT-AXTARIŞ

Daha 5 itkin şəhid dəfn olunacaq

19-avqust-2026, 12:44
Daha 5 itkin şəhid dəfn olunacaq
Yazı Ölçüsü:

Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab olunan və şəxsiyyətləri müəyyənləşdirilən daha 5 itkin şəhid avqustun 21-də dəfn ediləcək.

Bu barədə "PostMedia"ya Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib.

Bildirilib ki, mülki şəxs Cümşüd Həsənxan oğlu Məmmədov Laçın şəhərindəki Şəhidlər xiyabanında, hərbçilər - Sərdar Cəfər oğlu İsmayılov Neftçala rayonunun Astanlı kənd qəbiristanlığında Şəhidlər cərgəsində, Vaqif Mənsim oğlu Məhərrəmov Neftçala şəhərindəki Şəhidlər xiyabanında, Mürşüd Nadir oğlu Nərimanov İmişli rayonundakı Məzrəli kənd qəbiristanlığında, Akif Cəbrayıl oğlu Qurbanov Binəqədi rayonunun Sulutəpə qəsəbəsindəki Şəhidlər xiyabanında torpağa tapşırılacaq.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031