6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

ƏMƏLİYYAT-AXTARIŞ

100 min dollarlıq saxta nikahlar: ABŞ-də “Green Card” almaq üçün böyük sxem ifşa edilib

13-avqust-2026, 20:01
100 min dollarlıq saxta nikahlar: ABŞ-də “Green Card” almaq üçün böyük sxem ifşa edilib
Yazı Ölçüsü:
ABŞ-də hüquq-mühafizə orqanları əcnəbilərin yaşayış icazəsi əldə etməsi məqsədilə saxta nikahların təşkil edildiyi böyük bir sxemi ifşa edib. Bu barədə federal prokurorlar məlumat verib. İş üzrə Nyu-York dairəsindən 11 nəfər saxlanılıb.
PostMedia” xəbər verir ki, Bu barədə “ABC 7” məlumat yayıb.
İstintaqın versiyasına görə, sxem 10 ildən çox fəaliyyət göstərib və yüzlərlə saxta nikahı əhatə edə bilər. Əsasən Çin vətəndaşları olan əcnəbilər “Green Card” almaq və daha sonra ABŞ vətəndaşlığına müraciət etmək imkanı əldə etmək üçün amerikalılarla evlənməyə görə təşkilatçılara on minlərlə dollar ödəyiblər.
İttihama görə, bəzi hallarda bu xidmətlərin qiyməti təxminən 100 min dollara çatıb. ABŞ vətəndaşlarına isə saxta nikahlarda iştirak etmələri müqabilində minlərlə dollar ödənilib.
İddialara görə, təşkilatçılar yalnız nikah üçün tərəfdaş tapmaqla kifayətlənməyiblər. Onlar nikahların həqiqi təsiri bağışlaması üçün fotoqrafların, qonaqların və rəsmi şəxslərin iştirakı ilə toy mərasimləri təşkil ediblər. Bəzi mərasimlər restoranlarda keçirilib və iştirakçılar ənənəvi Çin toy geyimləri geyiniblər.
Bununla yanaşı, nikaha daxil olan şəxslərə, guya, faktiki münasibət qurmamaq və ayrı yaşamaq tapşırılıb. Əcnəbi həyat yoldaşı “Green Card” aldıqdan sonra təşkilatçılar boşanma prosesinin rəsmiləşdirilməsinə də kömək edə bilərdilər.
Nyu-Yorkun Cənub dairəsi üzrə prokurorluq hesab edir ki, şəbəkənin iştirakçıları 10 ildən artıq müddətdə on milyonlarla dollar gəlir əldə edə biliblər. Qurum bu işi ABŞ tarixində saxta nikahlarla bağlı ən böyük dələduzluq araşdırmalarından biri adlandırıb.
Saxlanılan şəxslərə sxemdə ehtimal olunan rollarından asılı olaraq müxtəlif ittihamlar irəli sürülüb. Onlar Uayt-Pleyns şəhərində məhkəmə qarşısına çıxarılıb. Təqsirləndirilən şəxslər təqsirli bilinərsə, 10 ilədək azadlıqdan məhrumetmə cəzası ilə üzləşə bilərlər.
Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31