6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

ƏMƏLİYYAT-AXTARIŞ

Rusiyada Azərbaycan istehsalı siqaretlər müsadirə edilib

12-avqust-2026, 17:42
Rusiyada Azərbaycan istehsalı siqaretlər müsadirə edilib
Yazı Ölçüsü:
Rusiyanın Kalininqrad dəniz limanında 703 milyon rubldan çox dəyərində 4,6 milyon qutu siqaretin qaçaqmalçılıq yolu ilə Rusiyaya gətirilməsinin qarşısı alınıb.
PostMedia” xəbər verir ki, Rusiya Federal Gömrük Xidmətinin məlumatına görə, altı dəniz konteynerində BƏƏ-dən rulon şəklində kağız daşındığı göstərilsə də, skan nəticələri gömrük əməkdaşlarında şübhə yaradıb.
Konteynerlərə baxış zamanı bəyan edilən yükün əvəzinə müxtəlif ölkələrdə, o cümlədən Azərbaycanda və BƏƏ-də istehsal olunan siqaretlərdən ibarət 9 180 qutu aşkarlanıb. Bundan əlavə, tütün məhsullarının reklamını əks etdirən təxminən 4 min özüyapışan vərəq və 13 mindən çox polietilen paket tapılıb.
Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin strateji əhəmiyyətli malların külli miqdarda qaçaqmalçılığı ilə bağlı maddəsi üzrə cinayət işi açılıb.
Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31