6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Fransa məktəblilərin etirazları ilə bağlı dezinformasiya ittihamlarına görə İranın səfirini XİN-ə çağırıb

08-oktyabr-2026, 02:51
Fransa məktəblilərin etirazları ilə bağlı dezinformasiya ittihamlarına görə İranın səfirini XİN-ə çağırıb
Yazı Ölçüsü:

Fransa çərşənbə günü İranın səfirini Xarici İşlər Nazirliyinə çağırıb. Buna səbəb İranın rəsmi hesablarında fransalı məktəblilərin etirazları ilə bağlı Parisin dezinformasiya kampaniyası kimi qiymətləndirdiyi paylaşımlar olub.

"PostMedia" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Fransa XİN-in nümayəndəsi Paskal Konfavr bildirib.

Konfavrın sözlərinə görə, İran səfirinə İran XİN-in rəsmi hesabları tərəfindən yayılan yalan məlumatların “tamamilə qəbuledilməz” olduğu bildirilib. Fransa tərəfi həmçinin oktyabrın 6-da Tehranda Fransanın səfirinin çağırılmasını əsassız adlandırıb.

“Bu nalayiq təxribatlar dayandırılmalıdır”, — deyə Konfavr bildirib.

Bundan əvvəl İran Fransanın səfirini Tehranda XİN-ə çağıraraq Fransa hakimiyyətini davam edən məktəbli etirazlarının iştirakçılarına qarşı “amansız rəftar”da və çoxsaylı insan hüquqları pozuntularında ittiham etmişdi.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031