ABŞ İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) göstərişi ilə pilotsuz uçuş aparatlarından istifadə etməklə hücum təşkil edilə biləcəyi ilə bağlı narahatlıqlar səbəbindən "B-1" bombardmançılarını Böyük Britaniyadakı "Fairford" hərbi bazasından çıxarıb.
"PostMedia" xəbər verir ki, bu barədə "The Wall Street Journal" amerikalı və avropalı rəsmilərə istinadən məlumat yayıb.
Nəşr daha əvvəl də amerikalı rəsmilərə istinadən yazmışdı ki, "Fairford" bazasında baş verən insidentdən sonra ABŞ bütün "B-1" bombardmançılarını oradan çıxarıb. ABŞ-nin vitse-prezidenti Cey Di Vens bunu ehtiyat tədbiri kimi izah edib, dövlət katibi Marko Rubio isə bunun planlaşdırılmış rotasiya olduğunu bildirib.
"ABŞ bazar günü 12 "B-1" bombardmançısını gözlənilmədən başqa yerə köçürüb. Buna səbəb SEPAH-ın göstərişi ilə pilotsuz uçuş aparatlarından istifadə etməklə mürəkkəb hücum həyata keçirilə biləcəyi ilə bağlı ciddi narahatlıq olub", - deyə məqalədə bildirilir.
Nəşrin məlumatına görə, bu addımın guya təyyarələri məhv etmək və bazada yerləşən hərbçiləri, o cümlədən amerikalı pilotları öldürmək məqsədi daşıyan İran planının bir hissəsi olduğu ehtimal edilir.