Estoniya “aktiv müdafiə” strategiyasına keçid çərçivəsində elit hərbi bölmələrini Rusiya ilə sərhədə daha yaxın ərazilərə köçürür.
”PostMedia” xəbər verir ki, bu barədə “Financial Times” (FT) məlumat yayıb.
“‘Aktiv müdafiə’ kampaniyası çərçivəsində Estoniya qoşunlarını Rusiyaya daha yaxın ərazilərə köçürür”, – nəşr yazıb.
Qəzetin məlumatına görə, Estoniyanın 1-ci briqadasının Rusiya sərhədindən təxminən 50 kilometr məsafədə yerləşdirilməsi planlaşdırılır. Şəhərdə hərbçilərin daimi yerləşdirilməsi üçün obyektlər inşa edilir.
Estoniya Müdafiə Nazirliyinin rəsmi məlumatına əsasən, 1-ci piyada briqadasına həm Tapada yerləşən bölmələr – qərargah, Skaut batalyonu, artilleriya və hava hücumundan müdafiə bölmələri, həm də Yıhvidə yerləşən “Kalev” və “Viru” piyada batalyonları daxildir. Bu yerləşdirmə briqadanın əsas qüvvələrinin ölkənin şərq sərhədinin bilavasitə yaxınlığında cəmləşdirilməsini nəzərdə tutur.
Qoşunların yenidən yerləşdirilməsi ilə yanaşı, Estoniya sərhədyanı ərazilərin genişmiqyaslı mühəndis-istehkam işlərinə də başlayıb. “Estonian World” portalının məlumatına görə, ölkə cənub-şərq sərhədində ilk beton bunkerləri quraşdırmağa başlayıb. İşlər regional miqyaslı “Baltik müdafiə xətti” layihəsi çərçivəsində həyata keçirilir.