6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Taliban Rusiyanın dəstəyi ilə Belarusdan silah və pilotsuz uçuş aparatları almağa başlayıb

05-oktyabr-2026, 09:31
Taliban Rusiyanın dəstəyi ilə Belarusdan silah və pilotsuz uçuş aparatları almağa başlayıb
Yazı Ölçüsü:

Əfqanıstanda hakimiyyətdə olan “Taliban” hərəkatı Rusiyanın razılığı ilə Belarusdan silah və pilotsuz uçuş aparatları alır. Sövdələşmələrdə Hindistan vasitəçi rolunu oynayır.

”PostMedia” xəbər verir ki, bu barədə “Afghanistan International” beş keçmiş yüksəkvəzifəli əfqan məmura istinadən məlumat yayıb.

Onların məlumatına görə, Minsk və Taliban arasında əlaqələr hərəkatın müdafiə naziri Məhəmməd Yaqubun mayın sonu – iyunun əvvəlində Moskvaya səfərindən sonra fəallaşıb. Səfər zamanı hərbi-texniki əməkdaşlıq haqqında saziş imzalanıb. Rusiya tərəfi sənədin Əfqanıstanda qalmış sovet istehsalı hərbi texnikanın təmirini nəzərdə tutduğunu bildirib.

Talibana yaxın mənbə Belarusla razılaşmaların mövcudluğunu təsdiqləyib və əməkdaşlığın Rusiyanın iştirakı ilə həyata keçirildiyini bildirib. Mənbələrin sözlərinə görə, Taliban Pakistanla münasibətlərin gərginləşməsi səbəbindən silah və pilotsuz uçuş aparatları ilə maraqlanır. Pakistanla münaqişə yaşayan Hindistan isə bu sövdələşmələri maliyyələşdirir.

Oxşar mexanizmdən Əşrəf Qaninin hakimiyyəti dövründə də istifadə olunub. Əfqanıstanın keçmiş yüksəkvəzifəli təhlükəsizlik rəsmilərindən biri bildirib ki, həmin vaxt Hindistan Əfqanıstan qüvvələri üçün Belarusdan helikopterlər alır, texnikanın bir hissəsini öz müəssisələrində təmir edir və daha sonra Kabildəki hökumətə təhvil verirdi. Mənbənin iddiasına görə, hazırda Taliban da oxşar mexanizmdən istifadə etməyə çalışır.

Minsk həqiqətən də hərəkatla əlaqələrini genişləndirir. Avqust ayında kənd təsərrüfatı nazirinin səlahiyyətlərini icra edən Ataulla Ömərinin rəhbərlik etdiyi 13 Taliban nümayəndəsindən ibarət heyət Belarusa səfər edib. Nümayəndə heyəti ticarət-iqtisadi əməkdaşlıq üzrə ikitərəfli komissiyanın iclasında iştirak edib. Bundan əlavə, Taliban Belarusun Əfqanıstandakı səfiri vəzifəsinə namizədi də təsdiqləyib.

Bununla yanaşı, Rusiya açıq şəkildə Pakistanın müttəfiqi kimi çıxış edir və Talibanla əlaqəli qrupların Pakistana qarşı hücumlarını pisləyərək terrorizmə qarşı birgə mübarizəyə çağırır.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031