6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Merz: "Almaniya Ukraynanın Aİ-yə üzvlüyünü sürətləndirməyə çalışır"

04-oktyabr-2026, 22:45
Merz: "Almaniya Ukraynanın Aİ-yə üzvlüyünü sürətləndirməyə çalışır"
Yazı Ölçüsü:

Almaniya Ukraynanın Avropa İttifaqına üzvlük prosesinin sürətləndirilməsinin tərəfdarıdır və bu istiqamətdə Brüsseldə tərəfdaşları ilə işləyir. Bunu Almaniyanın federal kansleri Fridrix Merz Kiyevdə Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşdən sonra jurnalistlərlə söhbətində bildirib.

"PostMedia" xəbər verir ki, bu barədə “Ukrinform” məlumat yayıb.

“Biz Ukraynanın Avropa İttifaqına üzvlüyünü sürətləndirmək istəyirik. Biz sürətləndirmənin tərəfdarıyıq və bunun üçün Brüsseldə çalışırıq”, – Merz deyib.

Onun sözlərinə görə, Zelenski ilə danışıqlar zamanı Ukraynanın Avropaya inteqrasiya perspektivi də müzakirə olunub.

Merz qeyd edib ki, Kiyev hüququn aliliyi və korrupsiyaya qarşı mübarizə sahələrində islahatları davam etdirir. Kansler Zelenskinin bu işin davam etdiriləcəyi ilə bağlı verdiyi təminatları alqışlayıb və vurğulayıb ki, islahatlar Ukraynaya gələcək maliyyə dəstəyinin göstərilməsi baxımından da mühüm əhəmiyyət daşıyır. O bildirib ki, islahatların həyata keçirilməsinə görə xüsusi məsuliyyət Ukrayna hökuməti və parlamentinin üzərinə düşür.

Merz daha əvvəl də Aİ-nin genişlənməsi ilə bağlı danışıqlar prosesinin sürətləndirilməsinin tərəfdarı kimi çıxış edib. O, iyun ayında bildirmişdi ki, üzvlük prosesinin sürətləndirilib-sürətləndirilməməsini müzakirə etmək yox, bunu necə etmək barədə qərar vermək lazımdır.

Bununla yanaşı, kansler Ukraynaya Aİ-yə tamhüquqlu üzvlük əldə edənədək assosiativ üzvlük statusunun verilməsini təklif etmişdi. O vurğulamışdı ki, bu format tamhüquqlu üzvlüyün alternativinə çevrilməməlidir.

Ukrayna Aİ-yə üzvlük prosesini mümkün qədər tez başa çatdırmağı gözləyir. Kiyev həmçinin Aİ-nin genişlənməsi ilə bağlı qayda və metodologiyalara riayət olunması şərtilə 2027-ci ilədək inteqrasiyanı başa çatdırmaq niyyətində olduğunu açıqlayıb.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031