6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Avropa Komissiyası Ukraynaya 2,9 milyard avroluq səkkizinci tranşı köçürüb

02-oktyabr-2026, 18:15
Avropa Komissiyası Ukraynaya 2,9 milyard avroluq səkkizinci tranşı köçürüb
Yazı Ölçüsü:

Avropa Komissiyası Ukraynaya ölkəyə dəstək üçün yaradılmış 50 milyard avroluq fond çərçivəsində 2,9 milyard avro həcmində səkkizinci tranşı köçürüb.

"PostMedia" xəbər verir ki,bu barədə oktyabrın 2-də Avropa Komissiyasının saytında yayımlanan məlumatda bildirilib.

“Bu gün Avropa Komissiyası Ukraynaya maliyyə ehtiyaclarını dəstəkləmək və dövlət idarəçiliyinin fəaliyyətini təmin etmək üçün 2,9 milyard avro ayırıb”, – Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen bildirib.

Avropa Komissiyasında dəqiqləşdirilib ki, vəsait həmçinin maliyyə sabitliyinin qorunmasına və ölkədə islahatların həyata keçirilməsinə yönəldiləcək.

Ukraynaya dəstək üçün 50 milyard avroluq fond 2024-cü ildə təsdiqlənib və 2027-ci ilin sonunadək qüvvədə olması nəzərdə tutulur.

Oktyabrın 2-də köçürülən tranş nəzərə alınmaqla, bu mexanizm çərçivəsində Kiyevə ayrılan vəsaitin ümumi həcmi 32 milyard avroya çatıb.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031