6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Efiopiya Eritreyanın 10 diplomatını ölkədən çıxarıb və Tiqraydakı səfirliyini bağlayıb

02-oktyabr-2026, 01:21
Efiopiya Eritreyanın 10 diplomatını ölkədən çıxarıb və Tiqraydakı səfirliyini bağlayıb
Yazı Ölçüsü:

Efiopiya Eritreyadakı səfirliyini bağlamaq və 10 eritreyalı diplomatı ölkədən çıxarmaq qərarına gəlib. Şimaldakı Tiqray bölgəsində hərbi əməliyyatların yeni mərhələsi fonunda bu addım qonşu ölkə ilə münasibətləri kəskin şəkildə pisləşdirib.

"PostMedia" "Reuters"ə istinadən xəbər verir ki, diplomatlara Efiopiyanı tərk etmələri üçün 48 saat vaxt verilib.

Efiopiyanın Xarici İşlər Nazirliyi bildirib ki, diplomatlar ölkənin milli təhlükəsizliyi üçün “birbaşa təhdid” yaradan fəaliyyətlə məşğul olublar. Nazirlik Əsmərədəki səfirliyin bağlanması qərarını Eritreyanın “birbaşa və dolayı düşmənçilik fəaliyyətləri” ilə izah edib.

Eritreya ittihamları rədd edib və cavab olaraq Efiopiya ilə diplomatik münasibətlərin dayandırıldığını açıqlayıb. Əsmərədə Addis-Abebanın qərarı “şokedici” adlandırılıb və bildirilib ki, onlar analoji addımlara cavab vermək məcburiyyətində qalıblar.

Münasibətlərin kəskin pisləşməsi Tiqrayda Efiopiyanın federal qüvvələri ilə Tiqray Xalq Azadlıq Cəbhəsi (TPLF) arasında döyüşlərin yenidən başlaması fonunda baş verir. Efiopiya hakimiyyəti daha əvvəl Eritreyanı üsyançıları maliyyələşdirməkdə ittiham edib. Eritreya bu ittihamları rədd edir.

Eyni zamanda gərginlik Efiopiyanın paytaxtına da yayılıb. Cümə axşamından cüməyə keçən gecə Addis-Abebanın müxtəlif rayonlarında ən azı üç partlayış səsi eşidilib. Onlardan biri Müdafiə Nazirliyinin qərargahının yaxınlığında baş verib. Hakimiyyət bundan əvvəl paytaxt və ətraf rayonlar üzərində pilotsuz uçuş aparatlarının uçuşunu qadağan edib. Bununla yanaşı, partlayışların hücum nəticəsində baş verdiyi, yoxsa hərbi təlimlərlə əlaqəli olduğu hələlik təsdiqlənməyib.

Reuters-in məlumatına görə, TPLF-nin də daxil olduğu qruplaşma Addis-Abebaya, o cümlədən hərbi infrastruktur obyektlərinə qarşı bir neçə pilotsuz uçuş aparatı zərbəsi endirdiyini açıqlayıb. Lakin bu bəyanatlar müstəqil şəkildə təsdiqlənməyib.

Tiqrayın özündə hərbi əməliyyatlar nəqliyyat, bank sistemi, rabitə və digər həyati əhəmiyyətli xidmətlərin fəaliyyətində yeni fasilələrə səbəb olub. TPLF yaxın vaxtlarda regionun əsas hava limanına nəzarəti ələ keçirib və bunun nəticəsində hava əlaqəsi dayandırılıb. Məcburi köçkün düşərgələrinin sakinləri artilleriya atəşlərinin səslərini və pilotsuz uçuş aparatlarının daimi mövcudluğunu bildirirlər.

Hazırkı eskalasiya faktiki olaraq Tiqrayda ikiillik müharibədən sonra 2022-ci ildə əldə edilmiş kövrək atəşkəsi pozur. BMT tərəfləri gərginliyin artmasını dayandırmağa və dialoqa başlamağa çağırır.

Gərginliyin artması eyni zamanda Efiopiya ilə Eritreya arasında yeni birbaşa toqquşma təhlükəsi yaradır. Çünki Eritreya daha əvvəl TPLF-yə qarşı müharibədə Efiopiyanın federal hökumətinin tərəfində döyüşüb. İndi iki ölkə arasındakı münasibətlər yenidən açıq qarşıdurma həddinə çatıb.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031