6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

"Axios": Rubio İran nümayəndə heyətinin ABŞ-dən dərhal çıxmasını tələb edib

01-oktyabr-2026, 09:03
"Axios": Rubio İran nümayəndə heyətinin ABŞ-dən dərhal çıxmasını tələb edib
Yazı Ölçüsü:

ABŞ dövlət katibi Marko Rubio sentyabrın 28-də İran nümayəndə heyətinin BMT Baş Assambleyasındakı fəaliyyətdən sonra ölkəni dərhal tərk etməsini tələb edib. Buna səbəb İranla razılaşma üzrə ikitərəfli danışıqların dalana dirənməsi olub.

"PostMedia" xəbər verir ki, bu barədə “Axios” mənbələrə istinadən məlumat yayıb.

“Bazar ertəsi səhər Ağ Evdə hesab edirdilər ki, günün sonunda İranla danışıqlarda irəliləyiş əldə oluna bilər. Lakin günün sonunda danışıqların dalana dirəndiyi aydın oldu”, – nəşr yazıb.

Portalın mənbəsinin sözlərinə görə, axşam saatlarında Rubionun göstərişi ilə ABŞ-ın BMT-dəki daimi nümayəndəliyi İran tərəfinə İranın xarici işlər naziri Abbas Əraqçinin rəhbərlik etdiyi nümayəndə heyətinin dərhal Nyu-Yorkdan çıxarılmasının zəruri olduğunu bildirib.

Bir neçə saat sonra nümayəndə heyətinin üzvləri hava limanına yollanıb və sentyabrın 29-na keçən gecə Dohaya uçublar.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031