6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

"Flydubai" İsrailə və İsraildən bütün reysləri müvəqqəti dayandıracaq

01-oktyabr-2026, 09:33
"Flydubai" İsrailə və İsraildən bütün reysləri müvəqqəti dayandıracaq
Yazı Ölçüsü:

“Flydubai” aviaşirkəti uçuş zamanı pilotun həmkarlarına hücum etməsi ilə bağlı insidentin araşdırılması müddətində İsrailə və İsraildən bütün reysləri müvəqqəti dayandıracaq.

"PostMedia" xəbə verir ki, bu barədə sentyabrın 30-da aviaşirkətin saytında yayımlanan bəyanatda bildirilib.

“FZ 1073 reysi ilə bağlı insidentlə əlaqədar və aidiyyəti qurumlarla razılaşdırılaraq, araşdırma aparıldığı müddətdə “Flydubai”nin İsrailə və əks istiqamətdə uçuşları dayandırılacaq”, – bəyanatda qeyd olunub.

Şirkət bildirib ki, sərnişinlərin və ekipaj üzvlərinin təhlükəsizliyi və rifahı onun üçün ən yüksək prioritetdir.

Qeyd olunub ki, tətbiq edilən müvəqqəti məhdudiyyətlər aidiyyəti qurumlara araşdırmanı davam etdirməyə və insidentin bütün hallarını müəyyənləşdirməyə imkan verəcək.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031