6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Tramp Baydeni ABŞ iqtisadiyyatını məhv etməkdə ittiham edib

01-oktyabr-2026, 16:59
Tramp Baydeni ABŞ iqtisadiyyatını məhv etməkdə ittiham edib
Yazı Ölçüsü:

ABŞ prezidenti Donald Tramp dövlət borcunun 40 trilyon dollara çatmasına münasibət bildirərkən sələfi Co Baydeni “ölkəni məhv etməkdə” ittiham edib.

"PostMedia" xəbər verir ki, bu barədə o, “Time” jurnalına müsahibəsində danışıb.

“Bayden sadəcə olaraq ölkəmizi məhv etdi. Onun dövründə tarixdə ən yüksək inflyasiya qeydə alındı”, - deyə Tramp bildirib.

Onun sözlərinə görə, dövlət borcunun azaldılmasına mane olan əsas amillərdən biri Federal Ehtiyat Sisteminin (FED) müəyyən etdiyi yüksək faiz dərəcələridir.

Tramp həmçinin borc yükünü iqtisadi artım hesabına azaltmağı planlaşdırdığını bildirib:

“Borcun ödənilməsi ümumiyyətlə necə mümkün ola bilər, onlar eyni şəkildə davranmağa davam edirlərsə? Amma başqa yollar da var və onlardan biri iqtisadi artımdır”, - deyə ABŞ prezidenti vurğulayıb.

O, faiz siyasətindən narazılığını ifadə edərək FED rəhbərliyini yenidən tənqid edib.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031