6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

---

ABŞ Səudiyyə Ərəbistanı və Qətərə əlavə "Patriot" batareyaları göndərib

02-oktyabr-2026, 09:25
ABŞ Səudiyyə Ərəbistanı və Qətərə əlavə "Patriot" batareyaları göndərib
Yazı Ölçüsü:

ABŞ Səudiyyə Ərəbistanında və Qətərdə neft-qaz obyektlərinin müdafiəsi üçün "Patriot" raket sisteminin iki əlavə batareyasını göndərib.

"PostMedia" xəbər verir ki, bu barədə "Axios" məlumatlı mənbələrə istinadən məlumat yayıb.

Onların məlumatına görə, ötən ay ABŞ Silahlı Qüvvələri əsas neft obyektinin müdafiəsi üçün Səudiyyə Ərəbistanına bir "Patriot" batareyası göndərib. Daha bir Patriot batareyası isə qaz obyektinin müdafiəsi üçün Qətərə göndərilib.

Portal qeyd edir ki, bununla ABŞ iki müttəfiqini əmin etmək istəyib ki, Prezident Donald Tramp İran əleyhinə genişmiqyaslı hərbi əməliyyatları bərpa etmək qərarına gəlsə, onların əsas enerji obyektlərini qoruyacaq.

Axios həmçinin amerikalı məmura istinadən xəbər verir ki, “Teodor Ruzvelt” aviadaşıyıcısı və onun zərbə qrupu bazar günü San-Diyeqodan yola düşərək Yaxın Şərqə istiqamət alıb. Onların təxminən noyabrın ortalarında regiona çatacağı gözlənilir.

Vurğulanır ki, “Teodor Ruzvelt” mart ayından regionda olan “Corc Buş” aviadaşıyıcısına, eləcə də yayda Yaponiyadan bölgəyə gətirilən və artıq təxminən bir aydır regionda olan “Corc Vaşinqton” aviadaşıyıcısına qoşulacaq.

“Bu o deməkdir ki, Yaxın Şərq regionunda potensial olaraq üçədək aviadaşıyıcı zərbə qrupu ola bilər. Bu, atəş gücü baxımından xeyli daha böyük qüvvədir”, — portalın həmsöhbəti bildirib.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031