6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Rəsmi xəbərlər

Prezident İlham Əliyev çexiyalı həmkarını təbrik edib

28-oktyabr-2025, 11:15
Prezident İlham Əliyev çexiyalı həmkarını təbrik edib
Yazı Ölçüsü:
Azərbaycan Respublikasının Prezidenti ilham Əliyev Çex Respublikasının Prezidenti Petr Pavelə təbrik məktubu göndərib.
"PostMedia" xəbər verir ki, təbrikdə deyilir:
Hörmətli cənab Prezident,
Çex Respublikasının milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
İnanıram ki, xalqlarımızın rifahı naminə Azərbaycan-Çexiya dövlətlərarası əlaqələrinin möhkəmləndirilməsi, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığımızın genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.
Sizə ən xoş arzularımı çatdırır, xalqınıza daim əmin-amanlıq və firavanlıq diləyirəm.
Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930