6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Rəsmi xəbərlər

Ceyhun Bayramov Qəbələdə Hakan Fidanla görüşüb

07-oktyabr-2025, 00:09
Ceyhun Bayramov Qəbələdə Hakan Fidanla görüşüb
Yazı Ölçüsü:

Oktyabrın 6-da Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ölkəmizin ev sahibliyində Qəbələ şəhərində keçirilən Türk Dövlətləri Təşkilatı Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan ilə görüşüb.

"PostMedia" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, görüş zamanı Azərbaycan-Türkiyə qardaşlığına əsaslanan müttəfiqlik münasibətlərinin bütün səviyyə və platformalarda uğurla davam etdirildiyi məmnunluqla qeyd edilib.

Siyasi-təhlükəsizlik, iqtisadi-ticarət, enerji-nəqliyyat-kommunikasiya ölçüləri üzrə tərəfdaşlıq gündəliyində duran əsas məsələlər müzakirə olunub.

Regional və beynəlxalq təşkilatlar, xüsusilə də Türk Dövlətləri Təşkilatı çərçivəsində birgə fəaliyyət və dəstəyin davam etdirilməsinin vacibliyi qeyd olunub.

Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930