6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Rəsmi xəbərlər

Pezeşkian Nyu Yorkda Şahin Mustafayevi qəbul edib

23-sentyabr-2025, 00:09
Pezeşkian Nyu Yorkda Şahin Mustafayevi qəbul edib
Yazı Ölçüsü:

İran Prezidenti Məsud Pezeşkian Nyu Yorkda Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

"PostMedia" xəbər verir ki, bu barədə İran Prezidenti özünün X hesabında məlumat paylaşıb.

Prezident bildirib ki, bir sıra qüvvələrin cəhdlərinə baxmayaraq, İran və Azərbaycan arasında münasibətlər inkişaf edir. O, İslam ölkələri ilə, xüsusilə Azərbaycanla əlaqələrin genişləndirilməsini xarici siyasətin prioriteti adlandırıb və bu cəhdlərin uğursuz olacağını vurğulayıb.

Görüşdə əlaqələr qardaşlıq və mədəni-dini ortaq dəyərlərə əsaslanan ayrılmaz münasibətlər kimi qiymətləndirilib. Pezeşkian qeyd edib ki, siyasi, iqtisadi və mədəni sahələrdə əlaqələrin genişlənməsinə heç bir maneə yoxdur.

Ş.Mustafayev Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını çatdıraraq ölkəsinin əməkdaşlığı genişləndirmək istədiyini bildirib. O, həmçinin son səfərin iki ölkə arasında yeni bir fəsil açdığını və razılaşmaların dərhal icra olunduğunu qeyd edib.

İki ölkə kənd təsərrüfatı, sənaye, enerji və digər sahələrdə birgə layihələri davam etdirir. Mustafayev bəzi əsassız şayiələrə cavab olaraq bildirib ki, Azərbaycan heç vaxt İranın ərazisinə qarşı hər hansı hücum üçün öz ərazisindən istifadə etməyib və bundan sonra da istifadə etməyəcək.

Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031