6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Rəsmi xəbərlər

Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub

16-sentyabr-2025, 13:58
Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
Yazı Ölçüsü:

Sentyabrın 16-da Şuşada Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın rəsmi qarşılanma mərasimi olub.

"PostMedia" xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Fəxri qarovul dəstəsinin rəisi Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə raport verdi.

Birləşmiş Ərəb Əmirliklərinin və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndi.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın qarşısından keçdi.

Azərbaycan nümayəndə heyətinin üzvləri Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə, Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyətinin üzvləri isə Azərbaycan Prezidentinə təqdim olundular.

Dövlət başçıları rəsmi foto çəkdirdilər.

Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031