6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Rəsmi xəbərlər

Azərbaycan XİN Portuqaliya və Sudana başsağlığı verib

04-sentyabr-2025, 15:58
Azərbaycan XİN Portuqaliya və Sudana başsağlığı verib
Yazı Ölçüsü:

Azərbaycan Xarici işlər Nazirliyi (XİN) Portuqaliyaya funikulyorun relsdən çıxaraq faciəyə səbəb olmasına görə başsağlığı verib.

"PostMedia" xəbər verir ki, Nazirliyin "X" hesabında yazılan müraciətdə deyilir:

"Biz Lissabonda Gloria xətti üzrə funikulyorun relsdən çıxması nəticəsində baş verən faciədən dərin kədər duyuruq.

Həlak olanların ailələrinə və yaxınlarına ürəkdən başsağlığı verir, yaralılara tezliklə şəfa diləyirik".

XİN həm də torpaq sürüşməsi ilə bağlı Sudana da başsağlığı verib:

"Biz Sudanda torpaq sürüşməsi nəticəsində baş verən faciəvi insan itkilərinə görə dərin hüznümüzü ifadə edirik.

Qurbanların ailələrinə səmimi başsağlığı verir, bu çətin günlərdə qardaş Sudan xalqının kədərini bölüşürük.

Yaralılara tezliklə şəfa diləyir və Sudan xalqının bu faciənin nəticələrinin öhdəsindən güc və dözümlə gəlməsini arzulayırıq"

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031