6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Rəsmi xəbərlər

Mixail Şvıdkoy Azərbaycanın Birinci vitse-prezidentini təbrik edib

25-avqust-2025, 17:29
Mixail Şvıdkoy Azərbaycanın Birinci vitse-prezidentini təbrik edib
Yazı Ölçüsü:
Rusiya Federasiyası Prezidentinin Beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanı doğum günü münasibəti ilə təbrik edib.
"PostMedia" xəbər verir ki, təbrikdə deyilir:
Möhtərəm və əziz Mehriban xanım.
Qadın gözəlliyinin və siyasi yetkinliyin zirvəsində qeyd etdiyiniz doğum günü münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.
Azərbaycanın tərəqqisinə, beynəlxalq mövqelərinin və suverenliyinin möhkəmlənməsinə yönəlmiş yorulmaz fəaliyyətiniz ölkənizdə və onun hüdudlarından kənarda Sizə dərin hörmət qazandırıb.
Siz Azərbaycanın indiki əmin-amanlığı və ərazi bütövlüyünün bərpası üçün inanılmaz dərəcədə çoxlu iş görmüsünüz. Görkəmli siyasi xadim kimi Siz, eyni zamanda, yaxınlarınızın isindiyi ailə ocağının qayğıkeş qoruyucusunuz və bu, ən yüksək qiymətə layiqdir.
Fürsətdən istifadə edərək bu əlamətdar hadisə münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevə və ailənizin bütün üzvlərinə salamlarımı çatdırmağı Sizdən xahiş edirəm.
Sizə uzun və xoşbəxt illər arzulayıram.
Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930