ABŞ Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələr Ohayo ştatının Ceneva şəhəri yaxınlığında uçuşlar üçün tətbiq olunan müvəqqəti məhdudiyyətləri pozan mülki təyyarəni ələ keçirib. Hadisə ABŞ Prezidenti Donald Trampın şəhərdə gənclər arasında keçirilən idman tədbirində iştirak etdiyi vaxt baş verib.
"PostMedia" xəbəre verir ki, bu barədə "CBS News" məlumat yayıb.
Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığından (NORAD) bildirilib ki, hadisə çərşənbə axşamı yerli vaxtla təxminən saat 18:15-də baş verib. F-16 qırıcıları pozuntu edən təyyarənin pilotunun diqqətini cəlb etmək üçün işıq siqnallı raketlərdən istifadə edib.
Bundan sonra mülki təyyarə təhlükəsiz şəkildə uçuş məhdudiyyətlərinin tətbiq olunduğu ərazidən çıxarılıb.
NORAD vurğulayıb ki, işıq siqnallı raketlər təhlükəsizlik tələblərinə maksimum riayət olunmaqla istifadə edilir, havada sürətlə və tamamilə yanır və yerə düşən insanlar üçün təhlükə yaratmır. Bununla belə, onların ərazidə yaşayan insanlar tərəfindən görünməsi mümkün olub.
Müvəqqəti uçuş məhdudiyyətləri ABŞ Federal Aviasiya Administrasiyası (FAA) tərəfindən müəyyən edilir və bununla bağlı məlumatlar pilotlara xüsusi bildirişlər vasitəsilə çatdırılır. NORAD və FAA pilotları hər uçuşdan əvvəl müvafiq bildirişləri yoxlamağa çağırıb.
Cenevrə şəhəri üzərində uçuş məhdudiyyətləri Trampın Ohayoya səfəri ilə əlaqədar tətbiq edilmişdi. Prezident burada Patriot Games 2026 adlı gənclər idman yarışında iştirak edib.
Oxşar hadisələr həftəsonu Nyu-Cersi ştatının Bedminster şəhərində də baş verib. Burada Trampın qolf klublarından biri yerləşir. İki kiçik mühərrikli təyyarə müvəqqəti uçuş məhdudiyyətlərini pozub. Bundan sonra həmin təyyarələr də NORAD qırıcıları tərəfindən ələ keçirilərək qapalı hava məkanından kənara müşayiət olunub.
FAA müxtəlif səbəblərdən, o cümlədən yüksək vəzifəli siyasi şəxslərin iştirak etdiyi iri tədbirlər zamanı müvəqqəti uçuş məhdudiyyətləri tətbiq edir.