6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

XARİCİ XƏBƏRLƏR

Lavrov Tehrana səfər edəcək

15-oktyabr-2026, 12:21
Lavrov Tehrana səfər edəcək
Yazı Ölçüsü:

Rusiyanın xarici işlər naziri Sergey Lavrov oktyabrın 19-da işgüzar səfərlə Tehrana gedəcək.

"PostMedia" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.

Səfər çərçivəsində Lavrovun iranlı həmkarı ilə danışıqları nəzərdə tutulur. Tərəflər görüşdə beynəlxalq və regional gündəmin əsas məsələlərini, xüsusilə İran ətrafında yaranmış vəziyyəti müzakirə edəcəklər.

Bundan əlavə, ABŞ və İsrailin fəaliyyəti nəticəsində Yaxın və Orta Şərqdəki dost ölkələrin də cəlb olunduğu gərginliyin azaldılmasına yönəlmiş Rusiyanın səyləri barədə fikir mübadiləsi aparılması planlaşdırılır.

Görüşün digər mövzusu son dövrdə ali və yüksək səviyyələrdə keçirilmiş təmaslar zamanı əldə olunan razılaşmaların həyata keçirilməsi olacaq.

Tərəflər, həmçinin Moskva ilə Tehran arasında hərtərəfli strateji tərəfdaşlığın inkişaf etdirilməsi istiqamətində növbəti praktiki addımları müəyyənləşdirməyi planlaşdırırlar.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031