6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

XARİCİ XƏBƏRLƏR

Alen Simonyan: "Ermənistanın artıq Azərbaycanla münaqişəsi yoxdur, Rusiya ilə münasibətlər dəyişməlidir"

24-sentyabr-2026, 14:09
Alen Simonyan: "Ermənistanın artıq Azərbaycanla münaqişəsi yoxdur, Rusiya ilə münasibətlər dəyişməlidir"
Yazı Ölçüsü:

“Ermənistan 30 ildən artıqdır münaqişə şəraitində yaşayıb. İndi isə açıq şəkildə görünür ki, istəsək də, istəməsək də, Rusiya ilə münasibətlər əvvəlki kimi ola bilməz. Çünki Ermənistanın artıq Azərbaycanla münaqişəsi yoxdur”.

"PostMedia" xəbə verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan hökumətdə jurnalistlərlə söhbəti zamanı bildirib.

“Üçüncü oyunçu, siyasi qiymət anlayışı dəyişib, bazarlar iqtisadi baxımdan dəyişib. Çünki marşrutlar dəyişib, Orta Dəhliz ideyası ortaya çıxıb və həyata keçirilir, kommunikasiyalar açılır, Ermənistan Azərbaycandan alışlar edir. Rusiyada da çox şey dəyişib. Bəli, Rusiyanın alış istiqamətləri Çinə, Şimali Koreyaya yönəlib, Avropa bazarları isə artıq bağlıdır. Bütün bunların iqtisadi münasibətlərə heç bir təsir göstərməməsi mümkün deyil.

Biz gözləyirik ki, oturub hesablamalar aparaq, hansı ölkənin nədən faydalandığını müəyyənləşdirək – heç kimi incitmədən, heç bir ölkə ilə qarşıdurmaya girmədən, ümumi maraqları başa düşək və bölüşək”, – deyə o bildirib.

Ermənistanda Rusiya hərbi bazasının çıxarılması ilə bağlı müzakirələrə toxunan Alen Simonyan deyib:

“Əgər onlar istəyirlərsə, gedə bilərlər, istəyirlərsə, qala bilərlər. Bu, onların gündəmidir. Bu məsələni Rusiya Prezidenti qaldırıb. Güman edirəm ki, onların hansısa təklifi var və ya bəlkə də çıxmaq istədiklərini düşünürlər. Bu da bizim üçün məqbul variantdır.

Rusiya tərəfi deyə bilər ki, bu, mənə baha başa gəlir, gəlin birlikdə edək. Yaxud deyə bilər ki, mən çıxmaq istəyirəm. Və ya deyə bilər ki, ödəməyə hazıram, amma müqaviləni bir qədər də uzadaq”.

“Türkiyə ilə bağlı təhlükəyə işarə edirsiniz. Mən isə deyirəm ki, avqustun 8-dən sonra mənim qiymətləndirməmə görə, bu təhlükənin mövcudluğu sıfırdır. Çünki hərbi bazanın mövcudluğu və rusiyalı sülhməramlıların olduğu dövrdə biz nə baş verdiyini gördük. Rusiya helikopteri vurulanda baza nə etdi?” – deyə Simonyan bildirib.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031