6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

XARİCİ XƏBƏRLƏR

Peskov Ermənistana Aİİ və ya Aİ üzvlüyü məsələsində seçim etməyə çağırıb

24-sentyabr-2026, 14:11
Peskov Ermənistana Aİİ və ya Aİ üzvlüyü məsələsində seçim etməyə çağırıb
Yazı Ölçüsü:

Rusiya Ermənistanın suveren hüququna hörmət edir, lakin İrəvan Avrasiya İqtisadi İttifaqında (Aİİ) və ya Avropa İttifaqında (Aİ) iştirak məsələsində seçim etməlidir, çünki bu birliklərin meyarları bir-biri ilə uyğun gəlmir.

"PostMedia" xəbə veirr ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinq zamanı bildirib.

“Biz Ermənistanın bütün suveren hüquqlarına hörmətlə yanaşırıq. Lakin eyni zamanda Ermənistan Aİİ-nin inteqrasiya prosesinin iştirakçısıdır və müxtəlif sahələrdə digər meyarlara tədricən yönəlmək Aİİ-nin standartlarına uyğun gəlməyəcək”, – Kremlin nümayəndəsi qeyd edib.

O əlavə edib: “Seçim etməyin son dərəcə vacib olduğunu deyərkən məhz bunu nəzərdə tuturuq”.

“Və Aİİ-yə üzv ölkələrdən heç birinin hamımız üçün mühüm olan bu inteqrasiya birliyinin qaydaları, standartları və prinsipləri ilə ziddiyyətə düşməməsi çox vacibdir”, – Peskov vurğulayıb.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031