“Proses dayanmayıb, sadəcə yavaşlayıb. Ermənistanın Türkiyə ilə sərhədi açıqdır. Mən bunu daha çox Ermənistan və Azərbaycan arasında gedən proseslərin başa çatması və belə demək mümkünsə, geridönməzlik nöqtəsinin keçilməsi ilə əlaqələndirirəm”.
"PostMedia" xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan sentyabrın 24-də hökumətdə jurnalistlərlə söhbətində Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması və sərhədin açılması məsələsində hər hansı irəliləyişin görünməməsi ilə bağlı sualı cavablandırarkən deyib.
“Düşünürəm ki, bu, birmənalı olaraq yaxın gələcəyin məsələsidir. Söhbət həm sülh baxımından çoxdan keçdiyimiz geridönməzlik nöqtəsindən, həm də sərhədin açılması məsələsindən gedir. Çünki bu məsələnin həll olunmayacağını və ya əlavə olaraq uzadılacağını düşünməyim üçün heç bir əsas yoxdur.
Qeyd edək ki, Türkiyə tərəfindən də bu istiqamətdə işlər görülür: infrastrukturun bərpası, əlaqələrin yenidən qurulması həyata keçirilir, görüşlər keçiririk, bizim iş adamlarımız ora gedirlər. Bir sözlə, bu, müsbət istiqamətdə inkişaf edən bir prosesdir”, – Simonyan bildirib.