6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

XARİCİ XƏBƏRLƏR

İran müdafiə doktrinasını dəyişdirdiyini və silah istehsalını sürətləndirdiyini açıqlayıb

24-sentyabr-2026, 21:08
İran müdafiə doktrinasını dəyişdirdiyini və silah istehsalını sürətləndirdiyini açıqlayıb
Yazı Ölçüsü:

İranın müdafiə nazirinin səlahiyyətlərini icra edən şəxs bildirib ki, ölkənin BMT tribunasından verdiyi mesaj birmənalı olub: İranın müdafiə doktrinası dəyişdirilib və yeni doktrinaya uyğun olaraq müdafiə potensialının istehsalı sürətləndirilir.

"PostMedia" xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb.

Müdafiə nazirinin səlahiyyətlərini icra edən briqada generalı İbn əl-Rza sosial şəbəkələrdə yazıb:

“İranın BMT tribunasından verdiyi mesaj aydın idi: İranın müdafiə doktrinası dəyişib. Bu doktrinaya uyğun olaraq müdafiə potensialının istehsalı yüksək sürətlə davam etdirilir. Bizdə oyunun qaydalarını dəyişə və ölkənin nüfuzunu gücləndirə biləcək bir sıra təşəbbüslər və imkanlar var. İran xalqı ilə güc və təhdid dili ilə danışmaq olmaz”, – general qeyd edib.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031