6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Siyasət

“Azərbaycanın konstitusiyasında ərazi iddiaları yoxdur, amma Ermənistanın Konstitusiyasında var”

22-sentyabr-2025, 15:46
“Azərbaycanın konstitusiyasında ərazi iddiaları yoxdur, amma Ermənistanın Konstitusiyasında var”
Yazı Ölçüsü:

“Azərbaycanın Konstitusiyasında heç bir ərazi iddiası yer almır”.

PostMedia” xəbər verir ki, bunu Ermənistanda səfəri zamanı Yerevanda jurnalistlərə açıqlama verən Topçubaşov Mərkəzinin direktor müavini, azərbaycanlı ekspert Murad Muradov bildirib.

Onun sözlərinə görə, əksinə, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları açıq şəkildə mövcuddur.

“Sülh sazişinin imzalanmamasının yeganə səbəbi yalnız Ermənistanın Konstitusiyasında təsbit olunmuş Azərbaycana qarşı ərazi iddiaları ola bilər,” – Muradov qeyd edib.

Jurnalistlərin “Azərbaycan daim ‘Qərbi Azərbaycan’ anlayışından danışır, bəs bu nə deməkdir?” sualına cavab verən Muradov vurğulayıb ki, burada məqsəd qarşılıqlı olaraq bir-birinin regional bütövlüyünün qorunması və hörmət edilməsidir.

“Qərbi Azərbaycan” daha çox ictimai təşkilatların fəaliyyətinə aid anlayışdır. Bu qurumlar xalqın maraqlarına xidmət edir, mədəni irs mövzuları ilə məşğul olur. İnsanlar uzun illər həmin torpaqlarda yaşayıblar, indi isə ata-babalarının məzarlarını ziyarət etmək istəyirlər. Bu, siyasi yox, daha çox mədəni irs və xalqın maraqlarına xidmət edən bir konsepsiyadır,” – deyə ekspert əlavə edib.

Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930